hia.az
hia.az

Nazir vəzifəsini icra edəcək Azər Cəfərov kimdir?

16 dəfə baxılıb 16-02-2024, 14:46


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Nazir vəzifəsinin icrası Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

A.Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.

O, hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb.

1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.

1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.

2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi