hia.az
hia.az

Şaxta olacaq, qar yağacaq

77 dəfə baxılıb 16-02-2024, 12:01

 



Fevralın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir.

Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi