hia.az
hia.az

Maaş artımları bu mərkəzdən başladı: mükafatlar da olacaq

114 dəfə baxılıb 26-01-2024, 14:20

Maaş artımları bu mərkəzdən başladı: mükafatlar da olacaq

Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində əmək haqqı artımları həyata keçirilib.

Bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

Bayramov bildirib ki, Monitorinq Mərkəzində çalışanların maaş artımı ilə yanaşı, onlara mükafatların verilməsi də nəzərdə tutulub:

“Yəni əmək haqqı artımları ilə yanaşı, həmin mərkəzdə çalışanlar üçün il ərzində 2 dəfə aylıq maaşın həcmi qədər mükafat formasında ödənişlər olacaq”.

Millət vəkili xatırladıb ki, 2024-cü ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar nəzərdə tutulub:

“Ümumi xərclərin 45%-i, cari xərclərin 70%-i sosial yönümlü xərclərdir. Buna görə də biz növbəti dövrlərdə də digər istiqamətdə artımlar müşahidə edə bilərik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi