hia.az
hia.az

Söyüş söyən tutuquşular: Böyük Britaniyada zoopark əməkdaşları əsir-yesir qalıblar...

29 dəfə baxılıb 25-01-2024, 12:40

Söyüş söyən tutuquşular: Böyük Britaniyada zoopark əməkdaşları əsir-yesir qalıblar...

Böyük Britaniyada zooparkın əməkdaşları tutuquşuların söyüş söymələrinin qarşısını almağa çalışırlar.

Qeyd olunur ki, İngiltərənin şərqində yerləşən Linkolnşir Vəhşi Təbiət Parkına bağışlanan 5 tutuquşu söyüş söyür. Zoopark işçiləri bu quşları digər tutuquşulardan təcrid ediblər ki, onlar da söyüş söyməyə başlamasınlar.

“Biz onları daşıyanda onlar daşıyıcıları söyürdülər, bu fenomenal və çox pis, əsl söyüş idi”, - deyə zooparkın direktoru Stiv Nikols bildirib.

Onun sözlərinə görə, tutuquşuları sürüdən təcrid etmək öz bəhrəsini verir, lakin quşlar hələ də bəzən nalayiq sözlər işlədir və insan gülüşünə bənzər səslər çıxarırlar.
Stiv əlavə edib ki, indiyədək tutuquşuların söyüş söyməsi ilə bağlı ona ziyarətçilərdən heç bir şikayət daxil olmayıb.

Mənbə: CNN


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi