hia.az
hia.az

Ölkəmizdə “Prius”lar bahalaşdı - Səbəb

92 dəfə baxılıb 22-01-2024, 17:04

Ölkəmizdə “Prius”lar bahalaşdı - Səbəb


Azərbaycanda “Toyota Prius” markalı avtomobillərin qiyməti artıb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru, nəqliyyat eksperti Eyyub Əliyev deyib.

“Alverçilər bilirlər ki, artıq bazara 10 ildən artıq yaşı olan avtomobil daxil olmur. Ona görə də əllərində olan həmin avtomobillərin qiymətini süni şəkildə artırırlar. Məsələn, əvvəlki dövrlə müqayisədə hazırda “Prius” markalı avtomobillərin qiymətində 2000-2500 manat civarında fərq var. Eyni zamanda buraxılış ili 10 ildən yuxarı olan digər avtomobillərin qiymətində də artım müşahidə olunur. Alverçilər yaranan qıtlıqdan istifadə edirlər”, - ekspert əlavə edib.

Qeyd edək ki, ötən gün paytaxtın maşın bazarında satışa çıxarılan avtomobillərin sayında kəskin artım müşahidə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi