hia.az
hia.az

Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - Rəsmi cavab

62 dəfə baxılıb 17-01-2024, 10:55

Azərbaycanda 22 yanvar qeyri-iş günü olacaq? - Rəsmi cavab


20 yanvar şənbə gününə təsadüf etdiyi üçün 22 yanvar qeyri-iş günü hesab olunmayacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, qanunvericiliyə əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günüdür və həmin tarix iş günü hesab edilmir. Həmçinin sözügedən tarix hüzn günü olduğuna görə bayramlardan fərqli olaraq, qeyri-iş gününə düşdüyü halda belə əvəz edilmir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi