hia.az

Nikah mərasimində binanın döşəməsi çökdü - 35 nəfər yaralandı

116 dəfə baxılıb 15-01-2024, 16:20

İtaliyanın şimalındakı Pistoiya şəhərində nikah mərasimi zamanı binanın döşəməsinin çökməsi nəticəsində 35 nəfər xəsarət alıb.

Qonaqlar rəqs edərkən toy məclisinin keçirildiyi məkan kimi istifadə olunan monastırın döşəməsi çöküb. Çökmə zamanı binanın içərisində üç metr diametrdə boşluq yaranıb. Hadisə nəticəsində 35 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İnsanların təxminən dörd metr hündürlükdən yıxıldığı bildirilir. Hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və yaralılar xəstəxanaya çatdırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi