hia.az
hia.az

Müdafiə sənayesi nazirinə yeni müavin TƏYİN OLUNDU - DOSYE

20 dəfə baxılıb 13-01-2024, 11:14

Müdafiə sənayesi nazirinə yeni müavin TƏYİN OLUNDU - DOSYE


Azərbayacan Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub.

Hidayət Əzimov müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Faktı Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov da təsdiqləyib.

H.Əzimov bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Hidayət Əzimov 23 mart 1985-ci ildə Bakıda anadan olub.

2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıb.

2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 2006-cı ildə başlayıb.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Prezidentin 2022-ci il 5 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi