hia.az
hia.az

Kiyevə növbəti raket hücumu - Çoxlu sayda yaralı var

86 dəfə baxılıb 13-12-2023, 08:33

Kiyevə növbəti raket hücumu - Çoxlu sayda yaralı var

Dekabrın 13-nə keçən gecə Kiyev şəhərinə raket hücumu olub.

Kiyevdə bir neçə dəfə partlayış səsləri eşidilib.

Kiyev şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri tərəfindən edilən raket hücumları Ukrayna paytaxtında dağıntılara səbəb olub və onlarla mülki şəxs xəsarət alıb. Zərərsizləşdirilən raketlərin qalıqları paytaxtın bəzi ərazilərində yanğınlara səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, paytaxtın Dnepr rayonunda raket qalıqları yaşayış binasının fasadına ziyan vurub, 7-ci mərtəbədə yanğın baş verib. Sakinlər təxliyə edilib.

"İlkin məlumata görə, 34 nəfər xəsarət alıb, onlardan 7-si uşaqdır, xəsarət alanların bəziləri xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib”, - deyə Kiyev meri bildirib.

Həmçinin yaşayış binasının həyətində 4 avtomobil yanıb.

Raket qalıqlarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində su təchizatı şəbəkəsinə ziyan dəyib. Hadisə yerində təcili yardım briqadaları işləyir.

Mer, həmçinin bildirib ki, paytaxtın Desnyansky rayonunda yaşayış binasının həyətində yanğın olub. Açıq ərazidə raket parçası yanıb. (Azərtac)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi