hia.az
hia.az

Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq

75 dəfə baxılıb 12-12-2023, 10:46

Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq

“Növbədənkənar prezident seçkiləri ilə əlaqədər idarə heyətinin tədbirlər planının işlənməsi yekunlaşmaq üzrədir”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq:

“Uzun illərdir hər kəs deyirdi ki, Qarabağı kim azad etsə o, bizim əbədi prezidentimiz olacaq. Düşünürəm ki, İlham Əliyev 20 illik fəaliyyəti və işğal olunmuş əraziləri azad etməklə bu titulu daşımağı qazanıb”.

Tahir Budaqov qeyd edib ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaxın günlərdə YAP İdarə Heyətinin iclası olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi