hia.az
hia.az

Temperatur 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

40 dəfə baxılıb 4-12-2023, 13:55

Temperatur 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi