hia.az

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

90 dəfə baxılıb 4-12-2023, 12:01

İllik inflyasiya ötən ay nə qədər təşkil edib?

Bu ilin noyabr ayında Türkiyədə illik inflyasiya 62 %-ə yüksələrək son 11 ayın ən yüksək səviyyəsinə çatıb.

Parlamentinsesi.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Məlumata əsasən, bu, oktyabr ayı ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.

Ötən ay qiymət artımı kommunal xidmətlər üzrə 26 %-dən 37,5 %-ə, spirtli içkilər və tütün məmulatları üzrə 62 %-dən 71,4 %-ə, geyim və ayaqqabılar üzrə 39,2 %-dən 40,7 %-ə, rabitə xidmətləri üzrə isə 46,7%-dən 48,2%-ə çatıb.

Eyni zamanda, ərzaq məhsullarının inflyasiyası 72 %-dən 67,2 %-ə, nəqliyyat xidmətlərinin inflyasiyası isə 72 %-dən 70 %-ə düşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi