hia.az
hia.az

Ekstrasens Etibar Nəsibli yeni proqnozları ilə...

1 534 dəfə baxılıb 12-11-2014, 02:11

Ekstrasens Etibar Nəsibli yeni proqnozları ilə...

Ekstrasenslər kimlərdir? Ekstrasensorika nə deməkdir? Ekstra "xaric" deməkdir, nəyinsə xaricində yerləşən nə isə; "sene" - "hiss" deməkdir, ekstrasens - xarici mühitdən bizim hiss orqanlarımızla qəbul olunmayan nəyi isə qəbul, dərk edən insandır, yaxud elə hərəkət etmək deməkdir ki, bunu yalnız hiss üzvləri vasitəsilə qəbul edilməsi inamında tərbiyə olunmuş insanlar başa düşməsin. Bu barədə mətbuatda dəfələrlə yazılıb.Bu qabiliyyət onlara Allah tərəfindən verilir.Çoxunun görə və hiss edə bilmədiklərini ekstrasenslər görürlər. “Vergili olmayan adamı ağıllı adlandırmaq olmaz. Görücülər ürəkləri oxuyur, gözüaçıqlar isə adamın iç üzünü görürlər. Bununla belə bizim üçün çox vacib olan həqiqətlər tam aşkarlanmır. Ancaq həssas düşüncəli adamlar bu həqiqəti tam anlayırlar.Bi enerjini müsbət sahəyə yönəldən vergili insanlar bu gün Azərbaycanda kifayət qədərdir.Bunlardan biri də öz səmimiyyəti ilə tanınan Etibar Nəsiblidir.Tanınmış , öncəgörən, şəfaverici və bioenerqoinformatika elementləriylə ənənəvi sagaltma sistemləri üzrə mütəxəssis olan Etibar Nəsibli ötən il verdiyi müsahibə zamanı 10 dünyəvi proqnozlar vermişdi.
Bu gün həmin vaxtdan bir il ötür.Onun verdiyi proqnozların yarıdan çoxu özünü doğrultmuşdur.Düzdür,proqnozların əksəriyyəti 2015-2017-ci illəri əhatə edir.Amma bu deyilən fikirlərdəki hadisələr hələ də davam edir.Əslində dünyada baş verən siyasi –iqtisadi və anomal hadisələr həmişə diqqət mərkəzində olub.Lakin bu hadisələrin baş verəcəyi vaxtı və onun gətirə biləcəyi fəsadları araşdırmaq heç kimə maraqlı olmayıb.Dövlət səviyyəsində ekstrasenslər birliyi yaradıb, bütün Kosmoenerjinin gücündən və Allah vergisindən yararlanan adamlarla məsləhətləşmələr aparmaq heç də ziyan gətirməz.Bu baxımdan da Etibarın verdiyi proqnozlarda bir sıra məsələlər, gələcəkdə baş verə biləcək anomal hadisələr barədə fikirlər əsas prioritetdir.Azərbaycan haqqında dedikləri isə tamamilə öz yerini tapmış proqnozdur.Onun fikrinə görə Azərbaycanda qarşıdan gələn illərdə ruzi bərəkət bol olacaq,respublikamızı dünyaya daha da yaxşı tanıda biləcək tədbirlərin keçirilməsi,respublikaya çoxlu turist axını,torpaqlarımızın bir hissəsinin azad olunması barədə fikirlər səslənir.Hal hazırda Etibar Nəsibli yeni proyekt üzərində çalışır və yaxınlarda bu məsələ ilə bağlı çıxışları gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi