hia.az

Zəngəzur mübahisəsi: Kreml İrəvana Larsla təzyiq edir

111 dəfə baxılıb 10-11-2023, 08:38

Zəngəzur mübahisəsi: Kreml İrəvana Larsla təzyiq edir


Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir.

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Rusiya Gürcüstan üzərindən Yuxarı Lars sərhəd məntəqəsində tez-tez təmir işləri aparmaq bəhanəsiylə Ermənistanla ticarət əlaqələrinə ara verir:

“Bu yoldan qışda istifadə çətinləşir. Yolun tez-tez bağlanması Ermənistan iqtisadiyyatına problemlər yaradır. Bununla Moskva İrəvana mesaj göndərir ki, Ermənistana Rusiya ilə ticarət əlaqəsinin saxlanılması üçün münasib dəmir yolu Azərbaycan üzərindəndir. Ancaq Kreml eyham vurur ki, bu yolun reallaşmasına dəhlizə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirdiyi halda şərait yaradacaq. Çünki Baş nazir Nikol Paşinyan Rusiyadan asılılığı azaltmaq və Qərbə yaxınlaşmaq istəyərkən ölkəsindən keçən kommunikasiya xətlərinin nəzarətini Kremlə vermək istəmir. Beləliklə, Kremllə İrəvan arasında “dəhlizə kim nəzarət edəcək” sualı ətrafında mübahisə davam edir, bizə isə kənardan seyr etmək qalır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi