hia.az
hia.az

Türk dünyası üçün xidmətləri unudulmayacaq... - Türkiyədən PAYLAŞIMLAR

55 dəfə baxılıb 29-09-2023, 15:00

Türk dünyası üçün xidmətləri unudulmayacaq... - Türkiyədən PAYLAŞIMLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Onun vəfatı Azərbaycan xalqı kimi Türkiyəni də dərindən sarsıdıb. Qardaş ölkənin siyasətçiləri onunla bağlı sosial media hesablarında paylaşımlar edib, başsağlığı veriblər.

Bəzi paylaşımları təqdim edirik:

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş:

“Dəyərli dostum, Azərbaycan-Türkiyə qardaşlığının rəmzi, türk dünyasının sayılıb-seçilən şəxsiyyəti, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatını kədərlə öyrəndim. Azərbaycana və bütün türk dünyasına başsağlığı verirəm”.

Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu:

Özünü Qarabağ davasına və Türk Dünyasına həsr etmiş böyük ürəkli Qənirə Paşayeva dünyasını dəyişdi. Yerin cənnət olsun, bacım...

İYİ partiyasının sədri Meral Akşener:

Azərbaycan Milli Məclisinin hörmətli deputatı Qənirə Paşayevanın vəfatını hüznlə öyrəndim... Türk dünyası üçün verdiyi dəyərli mübarizəni heç vaxt unutmayacağıq... Bütün azərbaycanlı bacı-qardaşlarıma başsağlığı verirəm. Ruhu şad olsun...

Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu:

"Azərbaycanlı millət vəkili Qənirə Paşayevanın vəfatını böyük kədərlə öyrəndim. Gənc yaşda dünyasını dəyişən Qənirə xanıma Allah rəhmət eləsin, ailəsinə və bütün sevənlərinə səbr diləyirəm. Əziz Azərbaycana başsağlığı verirəm!".

Ankara bələdiyyə sədri Mansur Yavaş:

Azərbaycanlı millət vəkili Qənirə Paşayevaya Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. O, türk dünyası uğrunda apardığı mübarizə ilə yaddaşlarımızda və tariximizdə bundan sonra da xatırlanacaqdır.

Zəfər Partiyasının sədri Ümit Özdağ

Əziz dostum, Türk dünyasının sayılıb-seçilən ismi, Türkiyə aşiqi Qənirə Paşayeva dünyasını dəyişdi. Azərbaycana başsağlığı verirəm: Allah rəhmət eləsin.

Türk Millətinə başsağlığı verirəm.

Sabiq baş nazir və xarici işlər naziri Əhməd Davudoğlu:

Can Azərbaycanın millət vəkili, Türkiyə aşiqi, Türk dünyasının əməkdarı, bir çox diplomatik platformalarda, xüsusilə Aİ Şurası Parlament Assambleyasında birlikdə çalışdığımız əziz bacım Qənirə Paşayevanın vəfatını böyük kədərlə öyrəndim. Allah rəhmət eləsin, bütün azərbaycanlı qardaşlarıma başsağlığı verirəm.

İstanbul bələdiyyə sədri Ekrem İmamoğlu

Azərbaycanlı millət vəkili Qənirə Paşayevanın qəfil vəfatı məni çox kədərləndirdi. Beylikdüzü Bələdiyyə Başçısı olduğumdan bəri tanıdığım, müəyyən vaxtlarda söhbət etdiyimiz dəyərli insan idi. Qəbri nurla dolsun. Qardaş Azərbaycan xalqına da başsağlığı verirəm.

Siyasətçi Sinan Oğlan

Təəssüf ki, azərbaycanlı millət vəkili Qənirə Paşayeva müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm. Onun türk dünyasına xidmətləri heç vaxt unudulmayacaq...


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi