hia.az
hia.az

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

79 dəfə baxılıb 22-09-2023, 14:07

Türkiyənin müdafiə naziri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən danışıb

Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri Ermənistanın əvvəllər əldə edilmiş razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir.

Bu sözləri Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Yaşar Güler Türkiyə mətbuatına verdiyi müsahibədə deyib.

“Ermənistan 2020-ci ildə 44 günlük hərbi əməliyyatın nəticələrinə əsasən, atəşkəs sazişinə imza atıb. Və indi o sazişin şərtlərinə əməl etməlidir. Qarabağda terrorçular məskunlaşıblar. Onlar orada mədənlərdə qeyri-qanuni işlər aparırlar. Xəbərdarlığa qulaq asmayıblar, yolları bloklayıblar. Son 10-15 gün ərzində onlara davamlı xəbərdarlıq edilib ki, qanunsuz fəaliyyətlərini dayandırsınlar, amma heç nə dəyişmədi. Sonda Azərbaycan onların cavabını verdi. Aparılan bir günlük əməliyyatın nəticəsində bildirdilər ki, təslim olurlar və silahlarını təhvil verib gedirlər”, - deyə Türkiyə müdafiə naziri vurğulayıb.

Yaşar Güler xatırladıb ki, hətta Rusiya da bəyan edib ki Qarabağın bütün ərazisi Azərbaycana məxsusdur.
Y.Güler Bakının həyata keçirdiyi antiterror tədbirlərinin uzunmüddətli sülhə xidmət edəcəyinə ümid etdiyini bildirib.

Mənbə: Milliyet


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi