hia.az

Nur-Sultanda karantin tədbirləri gücləndirilir

189 dəfə baxılıb 23-07-2022, 13:45

Nur-Sultanda karantin tədbirləri gücləndirilir


Bu gündən etibarən Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirləri gücləndirilir.

Parlamentinsesi.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat paytaxtın baş sanitar həkiminin imzaladığı qərarda yer alıb.

Qərara əsasən, paytaxt sakinlərinə insanların çox toplaşdığı yerlərdə maska taxmaq tövsiyə edilir.

Bununla yanaşı, 5 yaşa qədər uşaqlar istisna olmaqla, hər kəsə ticarət və əyləncə mərkəzlərində, kinoteatrlarda, xidmət məntəqələrində, avtovağzallarda, qapalı bazarlarda, ictimai nəqliyyatda maska taxılması tövsiyə edilir.

Həmçinin hamilə qadınların, koronavirus əleyhinə vaksinlərə əks göstərişi olan və COVID-19 xəstələri ilə sıx təmasda olan işçilərin distant iş formatına keçirilməsi tövsiyə olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi