hia.az

Rusiya bombardmançıları Xəzər dənizi üzərində

233 dəfə baxılıb 25-05-2022, 21:11

Rusiya bombardmançıları Xəzər dənizi üzərində


Rusiya bombardmançılarının ekipajları Azov və Xəzər dənizləri üzərində hərbi təlimlər keçirib və qanadlı raketlərin şərti buraxılışını hazırlayıblar.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik məlumat verib.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən, Rusiyanın "Tu-22M3", "Tu-95", "Tu 160" uzaqmənzilli bombardmançı təyyarələrinin ekipajları Azov və Xəzər dənizləri üzərindən, eləcə də Rusiya Federasiyasının hava məkanında təlimlər keçirib və qanadlı raketlərin şərti buraxılışını hazırlayıb.

Bundan əlavə, Motuzyanik bildirib ki, Rusiya ordusu öz bölmələrinin qurudan hücumunu dəstəkləmək üçün fəal şəkildə təyyarələri cəlb etməyə başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi