hia.az
hia.az

Almaniya fövqəladə plan tətbiq etdi - Rusiya bunu edərsə...

228 dəfə baxılıb 30-03-2022, 16:30

Almaniya fövqəladə plan tətbiq etdi - Rusiya bunu edərsə...


Almaniya Rusiyadan qaz nəqlində fasilələr yaranarsa, ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün fövqəladə plan tətbiq etməyə başlayıb.

Bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek məlumat verib.

"Rusiya tərəfdən bir neçə bəyanat verilib ki, əgər bu (rublla ödənişlər) baş verməsə, o zaman tədarük dayandırılacaq. Bu vəziyyətə hazır olmaq üçün mən bu gün xəbərdarlığın birinci səviyyəsini aktivləşdirdim", - nazir bildirib.

İndiyədək bu planın üç mərhələsindən birincisinə başlanılıb. O, qaz təchizatı ilə bağlı vəziyyətə nəzarət edəcək operativ qrupun yaradılmasını nəzərdə tutur.

Alman nazir şirkətləri və Almaniya xalqını enerji istehlakını azaltmağa kömək etməyə çağırıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin qaza görə ödənişlərin rubla köçürülməsi barədə göstəriş verib.

Avropa isə öz növbəsdində Rusiya Federasiyasına xatırladıb ki, qaz tədarükü müqavilələri avro və dollarla hesablaşmaları göstərir. Bununla belə, Rusiya Federasiyası rublla ödəniş etmədən qaz tədarükünü dayandırmaqla hədələyib. Aİ də G7 ölkələri kimi Rusiyanın bu tələbini rədd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi