hia.az
hia.az

Filippin prezidenti ABŞ ilə “vidalaşdı”

552 dəfə baxılıb 20-10-2016, 15:24

Filippin prezidenti ABŞ ilə “vidalaşdı”Çinə səfəri zamanı “yeddi ada ölkəsi”nin prezidenti Rodriqo Duterte Filippin üçün ABŞ ilə “vidalaşmaq” zamanı gəldiyini bildirib.

parlamentinsesi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bizim ölkəmizdə olmağınız sizə xeyir idi, bu üzdən dostlar vidalaşmaq lazımdır”, - dövlət başçısının Vaşinqtona müraciətindən sitat gətirilir.

Daha öncə Dutertenin oktyabrın 18-dən 21-nə qədər Çində Si Tszinpinin dəvəti ilə səfərdə olduğu barədə məlumat yayılmışdı. Bu, prezident postuna seçildikdən və Filippinin Çinə qarşı Cənubi Çin dənizində ərazi mübahisəsinə dair Beynəlxalq Haaqa Məhkəməsinin verdikti ilə əlaqədar iki ölkə arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər idi.

“Mən daha Amerikaya getməyəcəm – mən orada yalnız yeni təhqirlərə məruz qalacam”, - bu ilin iyununda vəzifə başına keçən yeni Filippin prezidenti Çində “yeddi min ada ölkəsi”nin bu ölkədə yaşayan vətəndaşları qarşısında çıxış edərkən deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi