hia.az

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

24 dəfə baxılıb 8-07-2026, 15:34

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

Qara dənizdə “Chevron” şirkəti tərəfindən istifadə olunan “Yasa Polaris” tankeri Xəzər Boru Kəməri Konsorsiumunun terminalına yaxınlaşarkən pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

“Chevron” şirkəti insidentin əməliyyat fəaliyyətinə və ixrac tədarükünə təsir göstərmədiyini bildirib.Şirkətdən verilən məlumata görə, ekipaj təhlükəsiz vəziyyətdədir, gəmi üzmə qabiliyyətini qoruyub saxlayır və hazırda təhlükəsiz limana doğru hərəkət edir.

Qeyd edək ki, bu ilin yanvarında da Qara dənizdə Qazaxıstan neftini daşımalı olan tankerlərə pilotsuz uçuş aparatları ilə hücumlar edilmişdi.

Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumunun kəməri vasitəsilə Qazaxıstanın ixrac etdiyi neftin təxminən 80 faizi dünya bazarına nəql olunur.

“Chevron”un rəhbərlik etdiyi “Tengizchevroil” şirkəti əsasən Qazaxıstandakı nəhəng Tengiz yatağından hasil olunan neftin ən böyük ixracatçısıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi