hia.az

İranda Əli Xamenei ilə vida mərasimi başlayıb

28 dəfə baxılıb 4-07-2026, 07:28

İranda Əli Xamenei ilə vida mərasimi başlayıb

İranda mərhum Ali dini rəhbər Əli Xamenei ilə vida mərasimi başlayıb.

Minlərlə insan ölkənin mərhum Ali dini rəhbəri Əli Xamenei ilə son ehtiramını ifadə etmək üçün Tehranın ən böyük dini kompleksi olan Mosallah kompleksinin ətrafında toplaşıb.

Vida mərasimini 67 min hərbi qulluqçu və könüllü müşayiət edir. Qeyd edək ki, dünən keçirilmiş vida mərasimində də bir sıra ölkələrin rəsmiləri iştirak edib. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Həmin gün Əli Xamenei zərbələr nəticəsində ölüb. Tehran hücumlara cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi