hia.az
hia.az

Hindistanda “BRICS”-in sammiti keçirilir

536 dəfə baxılıb 15-10-2016, 16:45

Hindistanda “BRICS”-in sammiti keçirilirToplantının sonunda “BRICS” liderləri “Qoa qətnaməsi və fəaliyyət planı”nı imzalayacaqlar.

Hindistanın Qoa ştatında “BRICS”-in zirvə toplantısı keçirilir.

parlamentinsesi.az-ın məlumatına görə, “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, sammitdə iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin Hindistana gedib.

İnfromasiyaya görə, sammit iki gün, oktyabrın 15-16-də keçiriləcək.

Sammitdə terrorçuluğa qarşı mübarizə, Yaxın və Orta Şərqdəki vəziyyət, habelə energetika sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyi gözlənilir. Xəbərə görə, toplantının sonunda BRICS liderləri “Qoa qətnaməsi və fəaliyyət planı”nı imzalayacaqlar.

Məlumatda bildirilib ki, zirvə toplantısından əvvəl dövlət başçıları ikitərəfli görüşlər keçirəcəklər.
Rusiya prezidenti Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər arasında nüvə energetika sahəsinə əməkdaşlıq məsələsi müzakirə edilib.

Qeyd edək ki, “BRICS” abreviaturası Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın ingiliscə baş hərflərindən yaranıb (ingiliscə Brazil, Russia, India, China, South Africa).


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi