hia.az

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

35 dəfə baxılıb 9-03-2026, 14:10

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşması üzvlərinin aşkarlanması və məhv edilməsi üçün Livanın cənubunda məhdud reydə başlayıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, quru qüvvələri Livan ərazisinə daxil olmazdan əvvəl qruplaşmanın çoxsaylı obyektləri hərbi hava qüvvələrinin köməyi ilə vurulub.

"Bu əməliyyat ön xətdə müdafiə mövqelərinin möhkəmləndirilməsinə və İsrailin şimal hissəsinin sakinləri üçün əlavə müdafiə səviyyəsinin təmin edilməsinə yönəlib", - İsrail ordusu vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi