hia.az

Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır

17 dəfə baxılıb 31-01-2026, 11:07

Əli Şamxani: İran hadisələrin istənilən inkişaf variantına hazırdır

Yaxın Şərqdə istənilən münaqişə böyük regional nəticələr doğuracaq.

Bunu İranın Ali liderinin müşaviri Əli Şamxani Livanın "Al Mayadeen" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, istənilən qığılcım tez bir zamanda nəzarətdən çıxan yanğına çevrilə bilər.

Ə.Şamxani vurğulayıb ki, hazırda İran üçün prioritet vəzifə istənilən təhdidə cavab verməyə tam hazır olmaqdır.

İranın Ali liderinin müşaviri bildirib ki, Tehran regionun coğrafiyasını, öz imkanlarını, həm də müdafiə potensialını istənilən xarici qüvvədən daha yaxşı anlayır.

Ə.Şamxani həmçinin İrana qarşı qeyri-dost mövqe tutan ölkələrə eskalasiya yaratmaq barədə xəbərdarlıq edib: "İrana qarşı düşmən niyyətlərini əks etdirən istənilən hərəkət uyğun, effektiv və çəkindirici cavabla qarşılanacaq".

O vurğulayıb ki, İran mümkün qarşıdurmanın coğrafiyasını yalnız dəniz məkanı ilə məhdudlaşdırmır: "Ölkə daha geniş və texnoloji baxımdan inkişaf etmiş ssenariləri artıq hazırlayıb".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi