hia.az

Gürcüstanda yeni dövlət qurumu yaradılır

16 dəfə baxılıb 22-01-2026, 12:09

Gürcüstanda yeni dövlət qurumu yaradılır

Gürcüstan hökumətinin qərarı ilə dövlət satınalmaları sahəsində yeni mərkəzi qurum fəaliyyətə başlayacaq.

Bu barədə hökumətin Səmərəlilik Departamentinin 2025-ci il üzrə fəaliyyət hesabatında məlumat verilib.

Məlumata görə, Mərkəzi Satınalma Orqanı müəyyən mal və xidmətlərin dövlət tərəfindən satın alınmasını müstəqil şəkildə həyata keçirəcək. Qurumun yaradılmasında əsas məqsəd dövlət vəsaitlərinin şəffaf, səmərəli və rasional xərclənməsini, həmçinin dövlət qurumlarının ehtiyaclarına vaxtında və effektiv cavab verilməsini təmin etməkdir.

Hesabatda qeyd olunur ki, yeni mandat çərçivəsində Mərkəzi Satınalma Orqanı mərkəzləşdirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin monitorinqini də həyata keçirəcək. Qurumun illik satınalma həcminin təxminən 2 milyard lari təşkil edəcəyi gözlənilir.

Mərkəzi Satınalma Orqanının yaradılması Avropa İttifaqı ilə Assosiasiya Sazişi çərçivəsində Gürcüstanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq qəbul edilmiş "Dövlət Satınalmaları haqqında" Qanunda da nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi