hia.az

Aİ: Müəyyən bir məqamda Putinlə danışıqlar aparmağa məcbur qalacağıq

18 dəfə baxılıb 12-01-2026, 17:48

Aİ: Müəyyən bir məqamda Putinlə danışıqlar aparmağa məcbur qalacağıq

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə dialoq üçün şəraiti uyğun hesab etmir.

Bunu Aİ mətbuat katibi Paula Pinho deyib.

Onun sözlərinə görə, müəyyən bir məqamda Aİ və Rusiya arasında dialoq zəruri olacaq.

“Elə bir nöqtəyə çatacağıq ki, Prezident Putinlə danışıqlar aparmağa məcbur qalacağıq. Hazırda çox iş görülür. Təəssüf ki, Prezident Putindən hər hansı bir müsbət işarə görmürük”, - Pinho qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İtaliyanın Baş naziri Giorgia Meloni Aİ və Rusiya arasında dialoqun başlamasına çağırış edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi