hia.az
hia.az

Tramp “Marinera” tankerinin heyətindən iki Rusiya vətəndaşını azad edib

10 dəfə baxılıb 9-01-2026, 13:48

Tramp “Marinera” tankerinin heyətindən iki Rusiya vətəndaşını azad edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Xarici İşlər Nazirliyinin müraciətinə cavab olaraq “Marinera” tankerinin heyətindən iki Rusiya vətəndaşını azad edib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Moskvanın Trampın bu qərarını alqışladığını söyləyib.

"Bu qərarı alqışlayırıq və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk. Həmvətənlərimizin vətənlərinə tez bir zamanda qayıtmasının təmin edilməsi ilə bağlı bütün məsələlərin təcili və praktik şəkildə nəzərdən keçirilməsinə başlayırıq", - Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, yanvarın 7-də ABŞ Sahil Mühafizəsi Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən "Marinera" neft tankerini ələ keçirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi