hia.az
hia.az

Rus mahnılarının səsləndirilməsi bloklanacaq

31 dəfə baxılıb 27-02-2025, 13:52

Ukraynada milli kimliyə xələl gətirən ideyalar daşıdığı üçün rus musiqisinin səsləndirilməsi bloklanacaq.

Ukraynanın Milli Televiziya və Radio Yayımları Şurasına ölkədə rus mahnılarının qarşısını almaq səlahiyyəti verilib.

Qeyd edək ki, bir müddət öncə, fevralın 17-də Ukrayna hökumətinin saytında Rusiya mahnılarının striminq platformalarında qadağan olunmasını tələb edən petisiya dərc olunub. Petisiya üç gün ərzində tələb olunan 25 min imza toplayıb. Layihə müəlliflərinin fikrincə, Rusiya musiqisi “Ukrayna kimliyinə xələl gətirən və ölkəyə mənfi münasibət formalaşdıran ideyalar və mesajlar daşıya bilər”.

Məlumata görə, Ukraynada rus mahnılarının bloklanması ilə Milli Televiziya və Radio Yayımları Şurası məşğul olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi