hia.az
hia.az

Sentyabrın 1-dən özəl məktəblərdə başlayan dərslər dayandırıldı

234 dəfə baxılıb 6-09-2021, 15:54

Sentyabrın 1-dən özəl məktəblərdə başlayan dərslər dayandırıldı

Azərbaycanda sentyabrın 1-dən beynəlxalq özəl orta təhsil müəssisələrində dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb.

APA-nın məlumatına görə, dərslər sentyabrın 3-dək davam edib.

Sentyabrın 3-də Təhsil Nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, özəl və dövlət orta təhsil müəssisələrində tədris eyni qaydada olmalıdır: "Bu səbəbdən də Təhsil Nazirliyi tərəfindən müvafiq göstəriş verilib ki, özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərarın bu həftə veriləcəyi gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi