hia.az
hia.az

“Təlimlər antiterror əməliyyatına da çevrilə bilər” - GƏLİŞMƏ

211 dəfə baxılıb 2-09-2021, 12:03

“Təlimlər antiterror əməliyyatına da çevrilə bilər” - GƏLİŞMƏ
Srağagün Əlahiddə Ümumqoşun Ordumuzun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib. Təlimin ssenarisinə əsasən, ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

Təlimlərin əhəmiyyətini “Sherg.az”a şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, sözügedən təlimdə hərbi qulluqçularımızın şərti düşmənin diversiya qrupu tərəfindən qaçırılması üzərində xüsusi təyinatlı təlim keçməsini müşahidə etdik. Onun sözlərinə görə, təlimdə şəxsi heyətin, əsasən də əsir və girovların azad edilməsi üçün şəhər daxilində döyüş bacarıqları yoxlanıldı:

“Bu təlimlərlə Ermənistan tərəfinə Ağdərə rayonu ərazisində saxladığı Azərbaycan əsgərini azad etməyəcəyi təqdirdə ağır nəticələr gözləyəcəyini nümşayiş etdirməyə çalışdıq.

Adıçəkilən təlim qardaş Türkiyə silahlı qüvvələri hərbi qulluqçularının müşahidəçi və təlimatçı kimi qatılması iki ölkənin istənilən platformada, o cümlədən hərbi əməkdaşlığının bariz nümunəsidir.

Artıq başa çatan bu təlim Azərbaycan xüsusi təyinatlı bölmkələrinin peşəkar və kifayət qədər döyüş təcrübnəsinə malik olduğunu həm tərəfdaşlarımız, həm də rəqiblərimizə nümayiş etdirmiş oldu. Ermənistan bu hazırlıqlardan özü üçün lazım olan ibrət dərsinin götürməli, qısa müddətdə hərbiçimizin qaytarılması təmin olunmalıdır.
Əks halda təlimlər çox qısa zaman çərçivəsində lokal antiterror əməliyyatına da çevrilə bilər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi