hia.az
hia.az

Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI

98 dəfə baxılıb 2-05-2024, 12:50

Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI


İşğaldan azad olunan Cəbrayılın Horovlu kəndinin təməli keçən il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə ilkin olaraq 334 ev tikilir. Birinci mərhələdə 1395 nəfərin, yaxın gələcəkdə isə 3470 nəfərin (867 ailənin) burada məskunlaşması nəzərdə tutulub.

Mövcud məskunlaşma ərazisi 93,74 hektar olsa da, perspektivlər də nəzərə alınaraq kənd ərazisi 246,1 hektar əraziyədək genişləndiriləcək.

Sakinlər üçün inşa edilən evlər iki, üç, dörd və beş otaqlı olacaq. Evlər amfiteatr üslubunda, pilləvarı yerləşdirilib, bir evin həyətindən, digər evin həyəti görünmür.

Həmçinin kənddə 624 yerlik məktəb binasının, 220 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin və çoxfunksiyalı binanın, bazar kompleksinin, tibb məntəqəsinin, mərasim zalı və qonaq evinin də tikintisi planlaşdırılıb.(AzərTac)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi