hia.az
hia.az

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

70 dəfə baxılıb 2-05-2024, 14:48

İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir

İrəvanda hökumət binası qarşısında ölkənin Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Aksiya Vaaqn Çaxalyanın rəhbərlik etdiyi “Kamk” hərəkatı tərəfindən təşkil edilib.

Aksiya iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə qarşıdırlar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi