hia.az
hia.az

Hamilə qadınlar əks göstəriş sertifikatını almaq üçün nə etməlidir? - RƏSMİ

291 dəfə baxılıb 27-08-2021, 16:16

Hamilə qadınlar əks göstəriş sertifikatını almaq üçün nə etməlidir? - RƏSMİ

Hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir.

Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

"Hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəsissəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir.

Hamilə qadınlar üçün lazım olan sənədlər: hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsi(USM)".

O vurğulayıb ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi