hia.az
hia.az

“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyunda qalib gəlməyə çalışacağıq”

170 dəfə baxılıb 12-09-2022, 13:36

“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyunda qalib gəlməyə çalışacağıq”


“Avropa Liqasında və çempionatda qalib gəlməyi bacarmalıyıq. Ardıcıl iki qələbə qazanmağa çalışacağıq. Futbolçulardan gözlədiyim də budur”.

“Report”xəbər verir ki, bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Liqa 1-in VII turunda “Loryan”ə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

59 yaşlı mütəxəssis məğlubiyyətə görə çox məyus olduğunu bildirib. Sarsıdıcı məğlubiyyət aldıqlarını söyləyən fransalı baş məşqçi ardıcıl iki qələbə qazanma ehtimalında söz açıb:

“Bunu cümə axşamı və xüsusilə bazar günü görəcəyik. İstəyimizi gerçəkləşdirmək üçün iki müsbət nəticə əldə etməliyik. Cümə axşamı “Qarabağ”a, bazar günü isə yaxşı formada olan “Lans”a qarşı nə edəcəyimizi görəcəyik”.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:45-də başlanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi