hia.az

Bakıda market və bank kartından oğurluq edilib

29 dəfə baxılıb 14-03-2026, 10:57

Bakıda market və bank kartından oğurluq edilib

Binəqədi rayonunda yerləşən mağazaların birindən oğurluq edilib.

Naməlum şəxs obyekti talayaraq icarədara 2075 manat maddi zərər vurub.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı S. Aydınovu müəyyən edərək saxlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət mağazanı kənardan müşahidə edərək açılma və bağlanma vaxtlarını dəqiqləşdirib. Daha sonra gecə saatlarında obyektin qapısını sındırmaqla, içəri daxil olaraq nağd pul, bank kartları, tütün məmulatı və digər dəyərli malları talayıb.

Qaradağ rayonunda keçirilən tədbir zamanı isə bank kartından 800 manat oğurlamaqda şübhəli bilinən 23 yaşlı Ə. İsmayılov saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi