hia.az

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

29 dəfə baxılıb 12-03-2026, 17:15

Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib

BMT son illər dünyada baş verən müharibə və qiyamların həlli üçün ortaya uğurlu iş qoya bilməyib.

Bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən paneldə deyib.

Onun sözlərinə görə, bugünkü dünyada mövcud vəziyyət tamamilə fərqlidir:

"BMT-nin 194 üzvü var, lakin Təhlükəsizlik Şurasına baxdıqda ciddi tənqid və iradların olduğunu görürük. İllərboyu BMT çox vacib missiyalar həyata keçirib. Lakin son illərdə baş verən müharibələr, qiyamların həlli üçün uğur əldə edə bilməyib".

B.Yıldırım qeyd edib ki, BMT-də mövcud problemlər həll edilməlidir ki, bəşəriyyətin qarşılaşdığı problemləri də həll edə bilsin.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi