hia.az
hia.az

Bakıda NATO-nun kursu keçirilib

2 dəfə baxılıb Bu gün, 09:34

Bakıda NATO-nun kursu keçirilib

Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı"na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC - 49 - Evaluator Training Course) keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil olunan kursda Azərbaycandan 22, NATO və tərəfdaş ölkələrdən isə 30 nəfər təlimatçı və dinləyici qismində iştirak ediblər. Kurs müddətində fərdi və qrup şəklində müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub.

Keçirilən kursun əsas məqsədi Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün ixtisaslı hərbi qulluqçuların sertifikatlaşdırılmasıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi