hia.az

İsrail ordusu Tehran yaxınlığındakı "Talekan" nüvə obyektinə zərbə endirib

34 dəfə baxılıb 12-03-2026, 14:10

İsrail ordusu Tehran yaxınlığındakı "Talekan" nüvə obyektinə zərbə endirib


İsrail Müdafiə Qüvvələri (IDF) Tehran yaxınlığında nüvə silahının hazırlandığı iddia edilən "Talekan" tədqiqat mərkəzinə zərbə endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Son illərdə obyekt müasir partlayıcı maddələrin hazırlanması və nüvə silahının yaradılması üzrə gizli proqram olan "Amad" layihəsi çərçivəsində həssas təcrübələrin aparılması üçün istifadə olunub", - bəyanatda deyilir.

IDF müəyyən edib ki, İran 2024-cü ilin oktyabrında hücum nəticəsində dağıdılmış obyekti bərpa etməyə başlayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi