hia.az
hia.az

Bakıda qaz sızmasına görə ərazi qazıldı, maşın qazıntıya düşdü - FOTO

708 dəfə baxılıb 8-08-2019, 15:45

Bakıda qaz sızmasına görə ərazi qazıldı, maşın qazıntıya düşdü - FOTO
Avqustun 7-də günorta saatlarında Yasamal rayonu H.Cavid 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə məlumat daxil olub.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib. Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb. Təqribən 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Bu gün qazılmış hissənin örtülməsi icra olunur.

İşlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq, avtomobillərdən biri qazıntı aparılmış yerə düşüb.

“Azəriqaz”dan bildirilib ki, ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər.

“Azəriqaz” korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xətlərinin əks olunduğu fotolar da yayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi