hia.az
hia.az

Dərman və mobil telefonları ölkəyə gizli keçirmək istədi

576 dəfə baxılıb 21-05-2019, 22:16

Dərman və mobil telefonları ölkəyə gizli keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə, nəqliyyat vasitəsinin mühərrik yerləşən hissəsindən sellofana bükülü çox sayda dərman preparatları və mühərrik yerləşən hissəsindəki hava filtrinin içərisindən 4 ədəd “Samsung Galaxy A20”, 1 ədəd “Samsung Galaxy A50”, 3 ədəd “Mİ A2 Lite”, 2 ədəd “Mİ9 SE” markalı mobil telefonlar aşkar edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi