hia.az
hia.az

Dövlət idarələrinin avtomobillərinə ayrılan vəsaitlərə dəyişiklik edildi

214 dəfə baxılıb 19-03-2022, 19:36

Dövlət idarələrinin avtomobillərinə ayrılan vəsaitlərə dəyişiklik edildi


Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində ayrılan vəsaitlərə dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə qərarın 10.3-cü bəndi yeni redaksiyada verilib. Belə ki, dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:

Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin:

- istismar müddəti 5 ilə qədər olduqda - 30 faizi məbləğində;

- istismar müddəti 5 ildən yuxarı olduqda - 40 faizi məbləğində.

Bundan əvvəl isə avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində dövlət büdcəsindən vəsait ayrılırdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi