hia.az
hia.az

Üzünüzü yapon qadınlar kimi yuyun, cavan qalın

618 dəfə baxılıb 20-10-2016, 15:24

Üzünüzü yapon qadınlar kimi yuyun, cavan qalınBildiyimiz kimi, yapon qadınlar daim gənc və gözəl görünürlər. Onların bu üstünlüyünün isə sirri var imiş.

parlamentinsesi.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, yapon qadınların bu üsulu, demək olar ki, hər kəsin cibinə uyğundur və ondan hamı istifadə edə bilər.

Bu vasitə hər səhər və axşam üzü mineral su ilə yumaqdır. Lakin başlanğıc üçün üzünüzü sizə rahat olan metodlarla (su, süd, qidalandırıcı krem) təmizləyin ki, makiyaj qalmasın. Bundan sonra həftədə bir dəfə üzünüzü müəyyən miqdarda qazlı su ilə yuyun. İnanın ki, nəticədə hamar, elastik və yenilənmiş bir dəriyə sahib olacaqsınız.

Üzü mineral su ilə yumağın daha bir üsulu var. Bunun üçün suyu qəliblərə tökərək soyuducuda dondurun və adi su ilə yuyunduğunuz kimi yuyunun. Ən sonda isə mineral buz dənəciyi ilə üzünüzü masaj edin.

Təmiz dəriyə sahib olmağın daha bir neçə qaydası var:

1. 1 litr həcmində qaynadılmış suya 4 çay qaşığı soda əlavə edin və yuyun;

2. 1 litr suya 1 çay qaşığı limon suyu əlavə edin. Bu üsul da çox faydalıdır, üzünüzdəki turşu-qələvi balansını nizamlayacaq.

Hər bir proseduru hər həftə nizamlı olaraq edin. Bununla siz hamar və parlaq dəriyə sahiblənəcəksiniz.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi