hia.az
hia.az

Avtomobil sahiblərinə məsləhət – FOTO

535 dəfə baxılıb 13-10-2016, 17:15

Avtomobil sahiblərinə məsləhət – FOTOMaşını olanlar bilir ki, avtomobilin problemini aradan qaldırana qədər bir çox mövzu yetərincə baş ağrıdır.

parlamentinsesi.az sfera.az-a istinadən probleminizi asanlaşdıracaq məlumatları təqdim edir:

1. Günəşdə gözləyən maşınınızı sürətlə soyutmaq üçün ön şüşələrdən birini açın və sonra qarşılıqlı qapıları bağlayıb açın. Bunun sayəsində isti hava bayıra çıxacaq.



2. Avtomobilinizdəki kiçik cızıqlardan eyni rəngdə olan lak ilə xilas ola bilərsiniz. Ön şüşədə çat yarananda da şəffaf lak sürtün. Lak, kiçik çatların böyüməsinə mane olacaqdır.



3. Ustanın sizi aldadacağından şübhələnirsinizsə, avtomobilinizdə düzgün işlədiyindən əmin olduğunuz hissələrlə bağlı sual verərək onu test edin.



4. Avtomobilinizə qədimdən qoyduğunuz yapışdırmaları çıxarmaq üçün bir parça qəzet kağızını ilıq suya salın və sonra stickerların üzərində 10 dəqiqə gözlədin.



5. Avtomobili park etmək məsələsində əzab-əziyyət çəkirsinizsə, qarajda durmağınız lazım olan nöqtəyə bir top və ya oyuncaq asın. Beləliklə, bir müddət sonra park bacarığınız inkişaf edəcək.



6. Fara işıqlarını diş məcunu ilə təmizləsəniz, parlaq olduğunu görəcəksiniz.



7. Dar qarajlarda qapıların açılmasını əngəlləmək üçün dənizdə istifadə olunan köpük çubuqlarını ikiyə bölərək divara möhkəmləndirin.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi