hia.az
hia.az

Prezidentin mükafat verdiyi 10 yaşlı Fidan kimdir?

588 dəfə baxılıb 7-10-2016, 14:59

Prezidentin mükafat verdiyi 10 yaşlı Fidan kimdir?Dünən Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

parlamentinsesi.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncama görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı düşən 3 nəfərdən biri Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Hüseynova Fidan Yaqub qızıdır.

10 yaşlı Fidan Azərbaycan mətbuatına o qədər də yad biri deyil. Belə ki, o, iki il əvvəl dünya şöhrətli müğənni Lara Fabianın Bakı konsertində çıxış edib. Gənc istedad Fabian ilə “Je t’aime” mahnısını duet oxuyub.

F. Hüseynova bundan başqa Lara Fabianın İstanbuldakı konsertində çıxış edərək həmin mahnını yenidən duet şəklində ifa edib.

Qeyd edək ki, Fidan Azərbaycanda məşhur iş adamının qızıdır.

Balaca sənətçinin atası Yaqub Hüseynov “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi