hia.az
hia.az

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçib

36 dəfə baxılıb 8-06-2023, 17:32

“Muğan Bank” Əhməd Vəliyevin övladlarının nəzarətinə keçib

“Muğan Bank” ASC-yə 2 yeni səhmdar gəlib.

“Report” xəbər verir ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.

Onların hər biri Bankda 40% pay əldə edib.

Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, “Muğan Bank”ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74%-dən 0,78%-ə, Fəridə Mehdiyevanın payı 21,61%-dən 10,89%-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65%-dən 8,33%-ə düşüb.
Beləliklə, Vəliyevlərin bankdakı payı 10,65 %-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi