hia.az

Zelenski BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək

310 dəfə baxılıb 5-04-2022, 12:40

Zelenski BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək

Ukrayna prezidenti Volodimir Zelenski bu gün (5 aprel - red.) BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək.

Bu barədə Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyi "Twitter"də məlumat yayıb.

"Prezident Zelenski çərşənbə axşamı Təhlükəsizlik Şurasında çıxış edəcək. Şuranın iclası onun Buçaya səfərindən sonra baş tutacaq", - mesajda deyilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının bugünkü iclasında Buçada mülki insanların qətlə yetirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Həmçinin, Təhlükəsizlik Şurasına sədrlik edən Britaniya, Rusiyanın hərbi cinayətləri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında vasitəçi olacaq: "Biz Putinin müharibəsini əslində nə olduğu üçün ifşa edəcəyik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi