hia.az

Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib

19 dəfə baxılıb 14-04-2026, 09:43

Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib

Aprelin 14-nə keçən gecə Rusiya dronlarının Ukraynanın "İzmail" limanına hücumları nəticəsində Panama bayrağı altında üzən gəmi zədələnib.

Bu barədə "RBK-Ukrayna" Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yanalma körpüsü, barja və liman avadanlıqları da zərbəyə məruz qalıb.

"Zərbələr nəticəsində texniki xidmət stansiyasının binası dağılıb və yanğın baş verib. İki sərnişin avtobusu və yeddi minik avtomobili vurulub. Bundan başqa, altı fərdi ev zərbəyə məruz qalıb - onların dam örtükləri zədələnib. Həmçinin təcili tibbi yardım avtomobili də zədələnib", - Kiper qeyd edib.

Ölənlər və xəsarət alanlar barədə məlumat daxil olmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi