hia.az
hia.az

Məşhur model xərçəngdən əziyyət çəkdiyini etiraf etdi

12 dəfə baxılıb 6-09-2023, 10:35

Məşhur model xərçəngdən əziyyət çəkdiyini etiraf etdi


58 yaşlı italyanəsilli kanadalı supermodel Linda Yevanqelista süd vəzi xərçəngindən əziyyət çəkdiyini etiraf edib.

O bu barədə “WSJ” jurnalına müsahibəsində danışıb.

Yevanqelistada xərçəng ilk dəfə 2018-ci ilin dekabrında aşkarlanıb, ona ikiqat mastektomiya edilib: “Tərəddüd etmədən əməliyyata razılaşdım, çünki hər şeyi arxada qoymaq, yaşamağa davam etmək və xərçəngdən ölməmək istəyirdim”.

Ötən ilin iyulunda onda yenidən döş vəzi şişi aşkarlanıb: “Həkimə dedim: “Bütün şişi kəsib götürün. Mən bunun gözəl görünməsini istəmirəm. İstəyirəm ki, hamısını kəsəsiniz. Siz bitirəndə döşümdə dəliyi görmək istəyirəm. Bundan ölməyəcəm”.
Ətraflı

“Bilirəm ki, bir ayağım qəbirdədir, amma mən tamamilə həyata köklənmişəm”, - deyə Linda əlavə edib.

Supermodel deyib ki, onun ağır xəstəlikdən əziyyət çəkməsini yalnız ən yaxın adamları bilib.

O, ikiqat mastektomiya əməliyyatından sonra ona döş rekonstruksiyasının edilib-edilmədiyi haqda məlumat verməyib.

Qeyd edək ki, bu yaxınlarda Linda “Vogue”un yeni fotosessiyasında iştirak edib, lakin döşünü göstərməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi