hia.az

Kamran Əliyev Füzulidə vətəndaşları qəbul edəcək

332 dəfə baxılıb 12-04-2022, 13:55

Kamran Əliyev Füzulidə vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 21-də saat 10:00-da Füzuli rayon prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Füzuli rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi